BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “müsabiqənin test mərhələsində keçid balını toplamış namizədlərdən 42 nəfəri müsahibə mərhələsində iştirak edib, onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanıb. Namizədlər “MyCulture” vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər. Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər 5 (beş) iş günü ərzində “MyCulture” vasitəsilə vakansiya seçimi edə bilərlər”.
Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.





