Press "Enter" to skip to content

“Milli KSM təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi”

Özəl sektorun KSM siyasətində QHT-lərin rolu gücləndirilməsinə yardım göstəriləcək

BAYRAQDAR MEDİA– “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycanda korporativ sosial məsuliyyət (KSM) təcrübəsində QHT-lərin rolunun gücləndirilməsi ilə əlaqədar yeni layihənin icrasına başlayıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib

Məlumata görə, “Milli KSM təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur: “Layihə özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıqda boşluğu aradan qaldırmağı hədəfləyib. Azərbaycanda bir çox şirkətlər KSM fəaliyyətləri ilə getdikcə daha çox məşğul olsalar da, bu təcrübənin formalaşdırılmasında QHT-lərlə real məsləhətləşmələrin və onların iştirakının miqyası əsasən öyrənilməmiş olaraq qalır. Bu layihə, korporativ social fəaliyyətlərinin daha təsirli olmasını və cəmiyyətin ehtiyaclarına uyğun olmasını təmin edərək, şirkətlərin KSM siyasətinin formalaşmasında çoxtərəfli əməkdaşlıq və strateji yanaşmanı təşviq etməklə bu boşluğu aradan qaldırmağa çalışır”.

Məlumatda deyilir ki, layihənin tədqiqat qrupu Azərbaycanda müxtəlif sektorları təmsil edən və müvafiq təcürbəyə malik, seçilmiş 20 şirkətin mövcud siyasət və təcrübələrini başa düşmək üçün 2023-2024-cü illər üzrə KSM fəaliyyətini, hesabatlarını təhlil edəcək: “Əsas diqqət QHT-lərin bu proseslərdə iştirak səviyyəsi və roluna yönəldiləcək. Layihə, həmçinin şirkət nümayəndələri ilə bu əməkdaşlığa dair perspektivlərini və gələcəyə baxışlarını anlamaq üçün müzakirələr aparacaq. Qlobal kontekst təmin etmək və icra edilə bilən tövsiyələri müəyyən etmək üçün layihə qabaqcıl xarici təcrübələrin nəzərdən keçirilməsini həyata keçirəcək. Tədqiqat QHT-lərin KSM siyasətlərinin formalaşdırılmasında necə effektiv iştirak etdiyinə dair qabaqcıl nümunələri müəyyən etmək üçün Türkiyə, Gürcüstan və digər ölkələrdən, o cümlədən Qlobal Cənubda Malayziya və İndoneziyadan olan uğurlu modelləri araşdıracaq”.

Qeyd edilib ki, layihə tədqiqat hesabatının hazırlanması ilə yekunlaşacaq: “Bu hesabat korporativ təhlil və ən yaxşı beynəlxalq təcrübələrin icmalının nəticələrini sintez edəcəkdir. O, həm şirkətlər, həm də QHT-lər üçün KSM siyasətinin strateji inkişafına QHT təcrübəsinin inteqrasiyasına diqqət yetirməklə, tərəfdaşlıqlarını necə gücləndirmək barədə konkret tövsiyələri ehtiva edəcək. Bunlarla yanaçı Türk Dövlətləri Təşkilatının üzvlərinin bu sahədə təcrübəsi öyrəniləcək və əməkdaşlıq imkanları araşdırılacaq. Özbəkistan, Qazaxıstan, Türkiyə QHT-ləri KSM fəaliyyətlərində iştirakı ilə əlaqədar onlyan formatda azərbaycanlı həmkarlarına təqdimatlar edəcəklər və mövzu ilə bağlı müzakirələr aparılacaq.Nəticələrin geniş auditoriyaya çatmasını və töhfə verməsini təmin etmək üçün layihə komandası iki ekspert müzakirəsi təşkil edəcək. Bu tədbirlər zamanı layihə komandası tədqiqat nəticələrini təqdim edəcək və hesabatın tövsiyələrinin qəbulunu təşviq etmək üçün hökumət, biznes icması və vətəndaş cəmiyyətinin maraqlı tərəfləri ilə dialoq aparacaq”.

Mission News Theme by Compete Themes.