BAYRAQDAR MEDİA – Eskişehirin 5 min illik tarixi irsi olan “Küllüoba Çörəyi” üçün Eskişehir Böyükşəhər Bələdiyyəsi ilə dünyaca məşhur fermentasiya şirkəti Lesaffre arasında diqqətçəkən əməkdaşlıq başlanıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, Eskişehirin Seyitgazi rayonundakı Küllüoba Tümülüsündə üzə çıxarılan və 5 min il əvvələ aid olduğu müəyyən edilən “Küllüoba Çörəyi”, Eskişehir Böyükşəhər Bələdiyyəsi tərəfindən yenidən istehsal edilərək Üretici Marketlərdə satışa təqdim olunub: “Bu çərçivədə Eskişehir Böyükşəhər Bələdiyyəsi ilə 170 illik tarixə malik dünya şöhrətli fermentasiya şirkəti Lesaffre arasında əməkdaşlıq protokolu qazıntıların aparıldığı Yenikent kəndində imzalanıb”.
Qeyd edilib ki, Lesaffre, maliyyə dəstəyi ilə yanaşı, qazıntı sahəsində təhlükəsiz gəzinti yolları, ziyarətçilər üçün qarşılanma və istirahət sahələri yaratmağı, 5 min il əvvəl bölgədə yetişdirildiyi bilinə bilən buğda növlərinin qorunması və dayanıqlı kənd təsərrüfatına dair layihələr inkişaf etdirməyi hədəfləyir.





