Press "Enter" to skip to content

FHN-dən ötən həftənin xronikası – VİDEO

FHN-dən ötən həftənin xronikası

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 231 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib”.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 6-sı azyaşlı olmaqla 37 nəfər xilas edilib, 8 nəfər xəsarət alıb, 17 nəfər təxliyə olunub, hadisələr zamanı 8 nəfər həyatını itirib.

Mission News Theme by Compete Themes.