Press "Enter" to skip to content

Adəm övladı özünü qoruya bilmək üçün həm də pişikləri qorumalıdır – 1

Son yeniləmə: 9 Fevral 2026

Yaxud, Epşteyn qalmaqalından sonra daha da aktual əhəmiyyət kəsb edən mövzu haqqında vacib qeydlər

BAYRAQDAR MEDİA – Dostlar da şahiddir, bu yazını ötən ilin son aylarından etibarən yazmağa başlamışam. Hətta bu ilin ilk günlərində uzun illərin dostu – həmkarım Seymur Verdizadəyə yazının sonuncudan öncəki variantını göndərib fikirlərini də öyrənmişdim. Sonra iş çoxluğu, bir az da gündəmin sürətlə dəyişməsi pişiklərlə bağlı yazımı arxa plana keçirdi. Lakin son günlər yenidən partlaq verən Ceffri Epşteyn qalmaqalı məndə bu yazının tez bir zamanda dərc olunması qənaətini yaratdı. Sual oluna bilər ki, Epşteyn qalmaqalı hara, pişiklər hara? Dəyərli oxucularımız bu ikibölümlü yazının sonunda həmin suala cavab tapacaq.

Ceffri Epşteyn qalmaqalının mərkəzində sıradan cinayətlər dayanmır

Hələlik vurğulayaq ki, Ceffri Epşteyn qalmaqalı ABŞ və ümumən dünya ictimaiyyətində böyük rezonans doğurmuş ən səs-küylü cinayət işlərindən biri sayılır. O, azyaşlılara qarşı cinsi istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham edilirdi.

Ceffri Epşteynin cinayət toru
Ceffri Epşteynin cinayət toru

Qalmaqalın ən ciddi tərəfi Epşteynin dövlət rəhbərləri və ya dövlətlərin yüksək vəzifəli şəxsləri, beynəlxalq qurumların rəhbərləri, iş adamları və nüfuzlu insanlarla əlaqələrinin olması iddialarıdır; bunun da bir qismi artıq öz təsdiqini tapıb. Məsələn, Slovakiyanın Baş naziri Robert Fiko qalmaqallı amerikalı maliyyəçi Cefri Epşteynlə bağlı sənədlərdə adının çəkilməsindən sonra müşaviri (keçmiş xarici işlər naziri) Miroslav Layçakın istefasını qəbul etdiyini açıqlayıb. 2025-ci ilin fevral ayında Böyük Britaniyanın ABŞ-yə səfiri təyin edilən Peter Mandelson da Epşteynlə əlaqələri səbəbindən vəzifəsindən azad olunub. Norveçin keçmiş Baş naziri Torbyorn Yaqland barəsində korrupsiya şübhəsi ilə istintaq başlayıb. Məlumata görə, qərar “Epşteyn işi” ilə bağlı yaxın vaxtlarda dərc olunmuş materialların incələnməsindən sonra verilib. Sənədlərdə Yaqlandın beynəlxalq fəaliyyəti dönəmində hədiyyələr, səyahət kompensasiyaları və kreditlər aldığı göstərilir. Həmin dönəmdə Yaqland Nobel Komitəsinin sədri və Avropa Şurasının Baş katibi vəzifələrini tutub. Təbii, bu, məsələnin bir tərəfidir.

Lakin işin ən dəhşətli tərəfi odur ki, Epşteyn qalmaqalı təkcə azyaşlılara qarşı cinsi istismar faktları ilə deyil, bu cinayətlərin miqyası və sistematik xarakteri ilə də dünyanı sarsıdıb. Rəsmi istintaq materiallarında onun azyaşlı qızları cinsi istismara cəlb etdiyi və bunun geniş şəbəkə şəklində təşkili təsdiqlənib. Bununla yanaşı ictimaiyyətdə, bəzi alternativ qaynaqlarda uşaqlara qarşı daha ağır və qeyri-insani cinayətlər barədə iddialar da dolaşmaqdadır. Həmin iddialar arasında zorakılığın son həddə çatdırılması və rituallaşdırılmış cinayətlərdən bəhs edən məlumatlar yer alır.

Yəni Epşteyn qalmaqalı ətrafında müzakirə olunan ən ağır məqamlardan biri də məhz bəzi çevrələrdə səsləndirilən, insan ləyaqətinə zidd rituallar barədə iddialardır. Özəlliklə insan ətinin yeyilməsi və qan içilməsi kimi iddialar ictimai rəydə şeytana sitayiş edən qapalı qruplar mövzusunu gündəmə gətirib.

Batının insan ətinə hərisliyindən bəhs edən məqamlar bu linkdə.

Bu iddialar əsasən ekstremal kult davranışları və tarixdə mövcud olmuş okkult rituallarla əlaqələndirilir. Körpə qanı ilə bağlı səsləndirilən fikirlər isə cəmiyyətdə həm dərin qorxu, həm də ciddi şübhələr doğurur. Vurğulanmalıdır ki, bu iddiaların böyük hissəsi rəsmi məhkəmə qərarları ilə təsdiqlənməyib, lakin tam araşdırılmaması suallar yaradır. Çünki tarix boyu şeytana sitayiş edən qapalı qrupların mövcudluğu barədə müxtəlif qaynaqlarda məlumatlar yayılıb və bu, yeni bir iddia deyil. Ayrı-ayrı ölkələrdə aparılmış araşdırmalar göstərir ki, bəzi ekstremal kultlar zorakılığı və qeyri-insani ritualları ideoloji əsas kimi qəbul edib. Bu kontekstdə Epşteyn qalmaqalına daha geniş və təhlükəli bir şəbəkənin mümkün parçası kimi baxanlar az deyil. Özəlliklə onun ətrafında dolaşan rituallaşdırılmış zorakılıq və okkult elementlərə dair iddialar bu qalmaqalın mərkəzində başqa bir xəttin də dayana biləcəyi ehtimalını gücləndirir. Rəsmi istintaqlar bu məqamları açıq şəkildə təsdiqləməsə də, onların tam araşdırılmaması ciddi suallar yaradır. Bu baxımdan qalmaqal həm də qlobal miqyasda gizli və təhlükəli ideoloji axınların da müzakirəyə açılmasına gətirib çıxarıb.

Epşteyn qalmaqalı fonunda son illər daha çox müşahidə edilən bir məsələni də xatrlatmaq istərdim. Söhbət müxtəlif beynəlxalq mərasimlərdə, mahnı müsabiqələrində iştirakçıların əllə, başqa hərəkətlərlə, yaxud da geyimləri ilə nümayiş etdirdiyi qəribə simvollar və işarələrdən gedir. Hesab edirik ki, bu işarələrin şeytani və ya okkult anlam daşıyıb-daşımadığı müstəqil ekspertlər tərəfindən araşdırılmalıdır. Cəmiyyətin narahatlığı ondan ibarətdir ki, bu cür simvolların təsadüf adı altında normallaşdırılması təhlükəli tendensiya yarada bilər. Beləliklə, bunları vurğulamaqla yanaşı keçək yazımızın əsas məğzinə.

Onlar çətin ki, bir daha bizim üçün Allaha yalvaralar

“Ay bala, vurma yazıx heyvanı. Niyə rahat durmursan? Axı biz onların çörəyini yeyirik.” Bu sözləri uşaq vaxtı kənddə, babamgildə olarkən çox eşitmişəm. Həmin vaxt babamgilin qonşuluğunda “ipə-sapa yatmayan” dəcəl uşaqlar vardı, həmin uşaqlar hansısa zavallı itin, pişiyin arxasınca qaçıb, onlara xətər yetirməyə çalışanda nənəm belə deyərdi. Həmin vaxt uşaq ağlımla dərhal bunu düşünürdüm: axı kənddə hər evdə çörəyi qazanan bəlli adamlar varkən niyə biz itin-pişiyin çörəyini yeyirik?!.

Onların bizim kiçicik bir nəvazişimizə, qayğımıza ehtiyacları var
Onların bizim kiçicik bir nəvazişimizə, qayğımıza ehtiyacları var

Nəhayət, bir gün bu sualı nənəmə verdim. Bəlli oldu ki, xalq arasında dolaşan rəvayətə görə, bir zamanlar insanlar nankorluq və günahlar səbəbindən Allahın qəzəbinə tuş gəlir; Allah da insanlara verilən ruzini – çörəyi (bərəkəti) qeybə çəkir. Yer üzündə aclıq və çətinlik başlayır. Bu zaman insanlar deyil, itlər və pişiklər Allah dərgahına yalvarır, göz yaşı tökür, insanları bağışlamasını xahiş edir. Onların bu (necə deyərlər) içdən yalvarışı qəbul olunur və Allah Yer üzündə bir qədər ruzi saxlayır. Rəvayətə görə, bu gün insanların tapdığı çörək, bərəkət məhz itlərin və pişiklərin üzü hörmətinə, xatirinədir…

Onlar da candırlar, onlar da üşüyürlər, ağrıları, aclıqları hiss edirlər

Onlar da candırlar, onlar da üşüyürlər, ağrıları, aclıqları hiss edirlər

Haşiyə: Bəli, elə indi də insanlar nankorluq edir, çoxsaylı günahlara batır və qorxuram ki, bu dəfə Allahın qəzəbinə tuş gəlsək, heç itin-pişiyin yalvarışı da bizi qurtarmasın. Daha da açıq yazsaq, Adəm övladı itə-pişiyə o qədər zülm edir, onlar çətin ki, bir daha bizim üçün Allaha yalvara… Bu zülm barədə bir qədər sonra yenidən söhbət açarıq.

Bobikin ağlamağı

İt-pişiklə bağlı daha bir uşaqlıq xatirəmi bölüşmək istəyirəm. Babamgilin bir iti vardı – Bobik. Çox sədaqətli və sevimli heyvan idi. Həm də diqqətcildi. Təsəvvür edin, evə qonaq gələndə babamın – “Bobik, qonaqla işin olmasın, ha!” deməyi bəs edirdi ki, Bobik sakitcə bir qırağa çəkilib yerə otursun. Amma bir gün qəribə hal baş verdi. Növbəti dəfə babamgilə qonaq getmişdik, özü də xeyli sayda qohum-əqraba ilə. Görünür, elə məhz bu, el dili ilə desək, “tünnük” Bobiki özündən çıxarmışdı və o mənə baxıb, qəfildən hürməyə başladı. Mən də bundan qorxub ağladım. Təsəvvür edirsiniz, Bobik sanki yuxudan ayıldı, yanıma yaxınlaşıb, quyruğunu qısıb, asta səslə zingildədi. Sonra isə elə insan kimi ağladı. Babam dedi, Bobik qonağı narahat etdiyi üçün pis olub. Bu hadisə insan adlandırılsa da insanlıqda payı olmayan bəzi ünsürlərə dərs olmalıdır.

Eskişehirli Fındıq

Bu sırada artıq üç ildir, evimizin bir üzvünə cevrilmiş “Fındıq”dan bəhs etmək istəyirəm. Fındıq oğlum Nihatın qardaş Türkiyədən, Eskişehirdən Bakıya gətirdiyi pişikdir və yerli Tekir cinsi ilə hansısa ev pişiyinin cütləşməsindən dünyaya gəlib. Onu körpə vaxtı anasından ayırıb, bir nəfərə veriblər; lakin həmin şəxs məcburən xaricə getdiyi üçün Fındıq ya küçəyə atılmalı, ya da kimsə ona yiyə durmalı idi. Yeri gəlmişkən, həmin vaxt onun adı yox idi. Nihat ona pasport alanda adını Fındıq (Fındık-red.) yazdırıb.

Tanış olun, bu da bəhs etiyimiz Eskişehirdə doğulsa da, artıq Bakılı olan Fındıq)
Tanış olun, bu da bəhs etiyimiz Eskişehirdə doğulsa da artıq Bakılı olan Fındıq)

Beləliklə, oğlum bu körpə pişiyin çöldə qalmasına razı ola blmir və dostları ilə birlikdə onu götürüb qaldığı yerə aparır. Bir neçə gündən sonra dostları da bu zavallı pişikdən üz döndərir və sonda Nihat ona tək başına yiyə durur. Bir müddət sonra Bakıya gələn oğlum pişiyi də gətirdi və yay tətili boyu biz “Fındığ”a elə isinişdik ki, hətta öncələr “pişik olan evdə qala bilmərəm” deyən xanımım da qalmasına razılıq verdi. Yeri gəlmişkən, indi Fındıqla aralarından su da keçmir.

Ardı olacaq…

Adəm övladı özünü qoruya bilmək üçün həm də pişikləri qorumalıdır – 2

Mission News Theme by Compete Themes.