Press "Enter" to skip to content

Yeni təmir olunmuş bağçaya elektron qeydiyyat başlayıb

BAYRAQDAR MEDİA – Bakının Nərimanov rayonunda əsaslı təmir olunmuş 101 nömrəli körpələr evi-uşaq bağçasına elektron qeydiyyat ( www.bq.edu.az) başlayıb.

Bu barədə Bakıə Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Elm və Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində müəssisə müasir tələblərə uyğun şəkildə tam hazır vəziyyətə gətirilib: “Müəssisə məktəbəqədər təhsil sahəsində müəyyən olunmuş normativ tələblərə uyğun olaraq uşaqların hərtərəfli inkişafı, təlim-tərbiyəsinin təşkili üçün zəruri maddi-texniki baza və şəraitlə təmin edilib. Qeyd edək ki, birtipli layihə əsasında inşa edilmiş bağça 75 yer tutumuna malikdir. Məktəbəqədər təhsil müəssisəsində hazırda 2-3, 3-4 və 4-5 yaş qrupları üzrə təlim-tərbiyə prosesinin təşkili nəzərdə tutulur. Müəssisədə 15 nəfərdən ibarət işçi heyəti fəaliyyət göstərir”.

Bildirilib ki, valideynlər uşaqlarını bağçaya yerləşdirmək üçün www.bq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Mission News Theme by Compete Themes.