BAYRAQDAR MEDİA – Yozqat Valiliyinin koordinasiyası ilə Vilayət Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata “Səyyar Kitabxana” layihəsi həyata keçirilir. Layihə çərçivəsində xüsusi kitabxana avtobusu mərkəz kəndlərdəki məktəbləri ziyarət edərək şagirdləri kitablarla tanış etməyə davam edir.
Bu barədə ilerigazetesi.com.tr məlumat yayıb.
Məlumata əsasən, layihə çərçivəsində səyyar kitabxana Musabəyli Şəhid Mustafa Uğur ibtidai-orta məktəbi, Bişek ibtidai-orta məktəbi, Divanlı ibtidai-orta məktəbi, Esenli ibtidai-orta məktəbi və Çalatlı ibtidai-orta məktəbində olub: “Keçirilən görüşlər zamanı uşaqlar və yeniyetmələr kitablarla təmin olunub, onların oxu vərdişlərinin inkişaf etdirilməsi əsas məqsəd kimi önə çəkilib. Qeyd olunub ki, səyyar kitabxana kəndbəkənd, məktəb-məktəb gəzərək mədəni fəaliyyətlərin yayılmasına töhfə verir. Proqram çərçivəsində Yozqat Ailə və Sosial Xidmətlər Vilayət İdarəsi ilə birgə “Spor Vadisi” ərazisində oxu və idman tədbirləri də təşkil olunub. Bu təşəbbüslərin şagirdlərin həm mədəni, həm də sosial inkişafına dəstək verməyi hədəflədiyi bildirilib”.






İlk şərhi yaza bilərsiniz