BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Dövlət Konservatoriyasında konservatoriyanın rektoru Kamoliddin Urinbayev arasında görüş keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında musiqi sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbələrin yaradıcılıq fəaliyyətinə dəstək, elmi və yaradıcılıq sahəsində təcrübə mübadiləsinin aparılması, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər musiqi təhsili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, gənc ifaçılar üçün yeni imkanların yaradılması və gələcəkdə müxtəlif formatlarda birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıblar”.
Bildirilib ki, “eyni zamanda Konservatoriyanın Musiqi Alətləri Muzeyində müxtəlif ölkələrin musiqi mədəniyyətini əks etdirən guşələrin mövcudluğu nəzərə alınaraq, burada Azərbaycan musiqi mədəniyyətini və milli musiqi alətlərini əks etdirən “Azərbaycan guşəsi”nin yaradılması ilə bağlı razılıq əldə olunub. Səfər çərçivəsində qonaqlar həmçinin tələbələrin iştirakı ilə təşkil olunan konsert proqramını izləyib, gənc musiqiçilərin ifaları ilə yaxından tanış olublar”.










İlk şərhi yaza bilərsiniz