Press "Enter" to skip to content

Ac qalan tülkü universitet həyətində görünüb

BAYRAQDAR MEDİA – Karsda təbiətdə qida tapmaqda çətinlik çəkən vəhşi heyvanlar yaşayış məntəqələrinə üz tutmağa davam edir. Bunun son nümunəsi Qafqaz Universitetinin Paşaçayırı kampusunda qeydə alınıb.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata əsasən, axşam saatlarında kampus ərazisinə daxil olan ac tülkü ağaclıq və yolkənarı ərazilərdə uzun müddət yem axtarıb: “Kampusdakı işıqlara və binalara məhəl qoymadan dolaşan heyvan ətrafdakı şəxslər tərəfindən lentə alınıb. Bir müddət yaşıl ərazilərdə gəzən tülkü daha sonra yenidən təbii yaşayış mühitinə qayıdıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.