Press "Enter" to skip to content

Laçında arıçılıq yenidən dirçəldilir – VİDEO

Laçında arıçılıq yenidən dirçəldilir

BAYRAQDAR MEDİA – Arıçılığın Laçında tarixi ənənələri var. Otuz illik fasilədən sonra laçınlılar bu təsərrüfat sahəsini yenidən dirçəldirlər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “yeni salınmış Zabux kəndinə qayıdan sakinlər arasında da arıçılıqla məşğul olanlar var. Laçın dağlarında bitən gülün-çiçəyin ətrini, şirəsini öz yuvasına daşıyıb bala çevirən arılar kimi onları saxlayıb qayğısını çəkən insanlar da zəhmətkeşdirlər”.

Bildirək ki, bu barədə videoçarx sözügedən Komitə ilə Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin birgə dəstəyi ilə hazırlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.