Press "Enter" to skip to content

Moldova ilə aqrar sahədə əlaqələrin müzakirəsi

Moldova ilə aqrar sahədə əlaqələrin müzakirəsi

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı nairinin müavini İlhamə Qədimova 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) sərgisi çərçivəsində Azərbaycanda səfərdə olan Moldova Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənt Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “nazir müavini onlara “Caspian Agro” sərgisi, həmçinin Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verib. O bildirib ki, kənd təsərrüfatı iki ölkə arasında əməkdaşlıq üçün ən perspektiv sahələrdən biridir. Nazir müavini Moldovanın üzümçülük və şərabçılıq sahəsində zəngin tarixə və uğurlu təcrübəyə malik olduğunu və bu sahədə qabaqcıl texnologiyaların və nou-hauların ötürülməsində Azərbaycanın maraqlı olduğunu diqqətə çatdırıb”.

Ardınca xəbərdə, “S.Gerciu ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.