Press "Enter" to skip to content

Sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Görüş zamanı

Son yeniləmə: 5 May 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə. görüşdə Azərbaycan və Belarus iqtisadi əlaqələrinin cari vəziyyəti təhlil olunub, xüsusilə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb: “Müzakirələr zamanı maşınqayırma və müxtəlif təyinatlı sənaye məhsullarının istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub. Bu çərçivədə Ağdam Sənaye Parkı ərazisində istehsal müəssisəsinin qurulması perspektivləri nəzərdən keçirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.