BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUFF13) hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən otellərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində məqsəd işçi heyətə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, habelə şəxsi heyətin belə obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin çevik aradan qaldırılması istiqamətində praktiki bacarıqlarının artırılmasıdır”.
Ardınca xəbərdə, “keçirilmiş təlimlərdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in qüvvələri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş oteldə təxliyə planına uyğun olaraq xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”. Uğurla keçən təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz