Press "Enter" to skip to content

İki hərbçi minaya düşüb

Müdafiə Nazirliyi

Son yeniləmə: 11 May 2026

BAYRAQDAR MEDİA – Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər: “Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır”.

Mission News Theme by Compete Themes.