Press "Enter" to skip to content

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət

BAYRAQDAR MEDİA – Son günlərdə baş verən piyadavurma hadisələrinin təhlili bir sıra təhlükəli məqamları yenidən xatırlatmağı tələb edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsidən (BDYPİ) daxil olub.

Xəbərdə bildirilir ki, “qeydə alınan hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşğuliyyətə aludəçilik – bir sözlə, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarda yaşanan faciələrin başlıca səbəblərindən biridir”.

Sonra xəbərdə əlavə edilir ki, “lakin hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanına çevrilə bilər. Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.