BAYRAQDAR MEDİA – Səhiyyə naziri Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının Prezidenti Titsiano Onesti rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı Vatikanla səhiyyə və pediatriya sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin uşaq sağlamlığının qorunmasına dair birgə təşəbbüslər müzakirə olunub. Qonaqları salamlayan T.Musayev bildirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan ilə Vatikan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Dövlət başçısı tərəfindən humanitar və mədəniyyətlərarası dialoqa verilən xüsusi önəm iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir”. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Vatikanla əlaqələrin inkişafı istiqamətində həyata keçirilən layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir qeyd edib: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bir sıra tarixi və dini abidələrin bərpası həyata keçirilib, humanitar əməkdaşlıq uğurla inkişaf etdirilib””.
Daha sonra xəbərdə, “T.Musayev qeyd edib ki, Heydar Əliyev Fondu, SN və “Bambino Gesu” pediatrik xəstəxanası arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığı daha da gücləndirir: “Memorandum çərçivəsində pediatriya sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tibbi heyətin peşəkar hazırlığı və Azərbaycanda uşaq sağlamlığı xidmətlərinin inkişafı nəzərdə tutulur. “Bambino Gesu” pediatrik xəstəxanası kimi dünya səviyyəli nüfuzlu tibb müəssisəsi ilə əməkdaşlıq Azərbaycanda pediatriya xidmətlərinin inkişafına mühüm töhfə verəcək”” deyə qeyd olunur.
Xəbərdə eləcə də deyilir ki, “öz növbəsində T.Onesti Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, xüsusilə talassemiya və digər irsi xəstəliklərin idarə olunması sahəsində Azərbaycanın təcrübəsinin diqqətçəkən olduğunu vurğulayıb və imzalanan Memorandumun gələcəkdə uğurlu birgə layihələrin həyata keçirilməsinə imkan yaradacağını qeyd edib. Səfər çərçivəsində nümayəndə heyətinin nazirliyin K. Fərəcova adına Pediatriya Elmi-Tədqiqat İnstitutu, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, və Azərbaycan Tibb Universitetində görüşlərin keçirməsi nəzərdə tutulur”.






İlk şərhi yaza bilərsiniz