Press "Enter" to skip to content

Nazirliyin bir qrup əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib

Ziyarətdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, onlar Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar: “Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, yürüş iştirakçıları məqsədə uğurla nail olublar. Ulu Öndərimizin adını daşıyan zirvədə onun barelyefi ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.