BAYRAQDAR MEDİA – Mayın 13-də doğma yurduna yola salınan köç karvanı Şükürbəyli kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu mərhələdə Şükürbəyli kəndinə 419 nəfərdən ibarət 97 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəliyinin, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz