Press "Enter" to skip to content

Türkiyədən Ermənistanla bağlı daha bir addım

Türkiyə XİN

Öncü Keçeli: Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıqlar başa çatıb

BAYRAQDAR MEDİA – Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıqlar mayın 11-də başa çatıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli özünün X sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.

Paylaşımda qeyd edilir ki, “2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi çərçivəsində və görülən etimadın artırılması tədbirlərinin bir hissəsi olaraq, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar mayın 11-də başa çatıb. İki ölkə arasında sərhədin açılması üçün lazımi işlər hələ də davam edir”.

Paylaşımda əlavə edilib ki, yeni qayda sayəsində artıq Türkiyədən üçüncü bir ölkəyə və oradan Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat yerini “Ermənistan/Türkiyə” kimi yazmaq mümkündür: “Güney Qafqazda davamlı sülhün və rifahın gücləndirilməsi üçün yaranan tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.