Press "Enter" to skip to content

Nəqliyyatla bağlı müzakirələr

BAYRAQDAR MEDİA – Malatya Turgut Özal Universitetinin ev sahibliyi ilə “Türkiyə Yüzilində Nəqliyyat Vizyonu” mövzusunda proqram təşkil olunub. Tədbir Nəqliyyat və İnfrastruktur Nazirliyinin himayəsində keçirilən UFEST – Gənclik Festivalı çərçivəsində olub.

Universitetin məlumatına əsasən, proqramda nazir müavini Osman Boyraz, yerli idarəetmə nümayəndələri, universitet rəhbərliyi, akademik heyət və tələbələr iştirak ediblər.

Məlumatda deyilir ki, açılış nitqində universitetin rektoru Prof. Dr. Recep Bentli MTÜ-nün inkişaf strategiyasının rəqəmsal dövrün tələblərinə uyğun qurulduğunu bildirib: “O, xüsusilə səhiyyədə və kənd təsərrüfatında süni intellekt istiqamətlərinə üstünlük verdiklərini vurğulayıb”.

Nazir müavini Osman Boyraz isə UFEST layihəsinin 51 universitetdə həyata keçirildiyini və gənclərlə təcrübə mübadiləsi məqsədi daşıdığını deyib: “Boyraz tələbələri “bugünün əsas protokolu” adlandıraraq tədbirin interaktiv formatda keçirilməsinin vacibliyini qeyd edib”.

Proqram təqdimatlar, tələbələrlə müzakirələr və Doğu Ekspresi biletlərinin hədiyyə olunması ilə yekunlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.