BAYRAQDAR MEDİA – Ardahan Universitetində “Arxeoloji söhbətlər–II” tədbiri çərçivəsində “Keramikadan oxunan keçmiş: Dəmir dövründə Şərqi Anadolu” adlı görüş keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, tədbirin qonaq məruzəçisi arxeoloq Dr. Mehmet Ali Özdemir olub. O, Doğu Anadolunun Dəmir dövrünə aid keramika nümunələrini xronoloji baxımdan təhlil edərək bölgənin tarixi və mədəni inkişafı haqqında məlumat verib.
Məruzədən sonra iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda Dr. Özdemirə təşəkkür plaketi təqdim olunub.






İlk şərhi yaza bilərsiniz