Press "Enter" to skip to content

Nidal Salim: Forumun ilk dəfə Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir

Nidal Salim

BAYRAQDAR MEDİA – “Biz imkanlar və inkişaf əldə edirik, lakin, eyni zamanda, su təhlükəsizliyi, antisanitariya, iqlim riskləri və artan bərabərsizliklə üzləşirik. Milyonlarla insan hələ də su problemi, iqlim dəyişməsi kimi problemlərlə üzləşir”.

Bunu İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

O, çıxışında bildirib ki, Qlobal Cənubda sürətli şəhər transformasiyası dövründə forumun ilk dəfə Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir: “Bu tədbir beynəlxalq görüşdən daha artığıdır. Bu gün Qlobal Cənub insanlığın əsasən Afrikada, Asiyada, Latın Amerikasında və digər inkişaf etməkdə olan regionlardakı şəhərlərdə yaşayacağı bir dövrə qədəm qoyub”.

Çıxışda davamlılığın yalnız infrastrukturla mümkün olmadığını, inklüziv idarəetmə, güclü institutlar və vətəndaş iştirakını tələb etdiyi vurğuıanıb: “QHT-lər və icma təşkilatları bu baxımdan vacibdir. Dövlət siyasəti və özəl sektor investisiya və inkişafı təmin etsə də, vətəndaş cəmiyyəti etimad, icmalara yaxınlıq və qlobal məqsədləri yerli fəaliyyətə çevirmək bacarığı gətirir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.