Press "Enter" to skip to content

Azərbaycandan BMT-yə çağırış

Hikmət Hacıyev

Hikmət Hacıyev: BMT Təhlükəsizlik Şurasında Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir

BAYRAQDAR MEDİA – “Beynəlxalq qurumların, xüsusən də BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir dünyanın reallıqlarını əks etdirmir. Bu qurumda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir və ədalətli coğrafi təmsilçilik təmin olunmayıb”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

H.Hacıyev Azərbaycanın BMT ilə bağlı təklifinin olduğunu vurğulayıb: “Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahat prosesi zamanı xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin edilməlidir. Azərbaycan çoxtərəfliliyin əsas dəstəkçisidir, lakin təəssüf ki, biz çoxtərəfliliyin və çoxtərəfli institutların iflic vəziyyətini görürük. Qlobal Cənub ölkələri isə bu institutların gücləndirilməsinə effektiv şəkildə töhfə verməyə davam edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.