Press "Enter" to skip to content

KKTC milli komandası dünya çempionu oldu

Xatirə fotosu

BAYRAQDAR MEDİA – 14-18 may tarixlərində Bakıda keçirilən 2026 Dünya Budo Kubokunda KKTC qadın milli komandası Hyong/Kata növü üzrə çempion olub.

Bu barədə kibristurk.com saytı məlumat verib.

Məlumata görə, idmançılar ümumilikdə 3 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Yarışları Türkiyənin Bakıdakı səfiri Birol Akgün, KKTC-nin Azərbaycandakı səfiri Ufuk Arca Turganer və digər qonaqlar izləyiblər. Məlumatda deyilir ki, açılış mərasimində Dünya Budo Federasiyasının rəhbəri Eyüp Zafer Gökbilen çıxış edib. Daha sonra səfirlər və Azərbaycan Budo Federasiyasının prezidenti Cemal Yangın idmançılara uğurlar arzulayıblar.

Yarışda Cansu Keskin və Melek Ünver iki qızıl medal, Ceyda Uçaner bir qızıl və bir gümüş medal qazanıb. Digər idmançılar da müxtəlif medallarla ölkələrini uğurla təmsil ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.