BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 22-si saat 09:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Zəngilan, Qubadlı rayonları və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula 21 maya qədər sözügedən Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (mincom@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonları vasitəsilə yazılmaq mümkündür”.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.






İlk şərhi yaza bilərsiniz