BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetində keçirilən III Beynəlxalq Şəhər Morfologiyası Məktəbi uğurla yekunlaşıb. Tədbirdə 22 ölkədən 35 iştirakçı yer alıb.
Universitetdən verilən məlumata görə, Gazimağusa və Lefkoşada texniki səfərlər, akademik təqdimatlar və şəhərsalma mövzusunda müzakirələr keçirilib: “Proqram çərçivəsində gənc iştirakçılar şəhərlərin urbanistik quruluşunu araşdıraraq gələcək inkişafla bağlı layihələr hazırlayıblar. Tədbir beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib”.
Məlumatda deyilir ki, layihəyə KKTC dövlət qurumları, Qazimağusa Bələdiyyəsi və müxtəlif təşkilatlar dəstək verib.






İlk şərhi yaza bilərsiniz