BAYRAQDAR MEDİA – DAGC 2025 Jurnalistika Uğur Mükafatlarının qalibləri açıqlanıb. Doğu Anadolu Gazeteciler Cemiyeti (DAGC) və Doğu Anadolu Jurnalistlər Federasiyası tərəfindən ənənəvi olaraq təşkil edilən müsabiqədə bölgənin uğurlu jurnalistləri mükafata layiq görülüblər.
Mükafatlandırılanlar arasında BAYRAQDAR MEDİA oxucularının yaxşı tanıdığı, Türkiyənin “Güven” qəzetinin sahibi İsmayıl Aras da var. İsmail Aras 16 dekabr 2025-ci ildə qələmə aldığı “Millət üsyanda: Belə xidmət olmaz” adlı köşə yazısı ilə mükafat qazananlar arasında yer alıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Güven” qəzetinin redaksiyasından məlumat verilib.
Bildirilib ki, 14 vilayətdən 200-dən çox müraciətin daxil olduğu müsabiqədə Erzurum, Erzincan, Kars, İğdır, Ardahan, Ağrı, Bayburt, Elazığ, Malatya, Bingöl, Muş, Bitlis, Tunceli, Van və Hakkaridən jurnalistlərin yazıları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yarışmada ümumilikdə 25 müxtəlif nominasiyada mükafat təqdim olunub.
Doğu Anadolu Jurnalistlər Cəmiyyətinin sədri Ayhan Türkez bildirib ki, 2025-ci il jurnalistika uğur mükafatları qısa müddət əvvəl vəfat edən fəxri sədr Feridun Fazıl Özsoyun adına ithaf olunub. Türkez qeyd edib ki, hər kateqoriyaya bölgə mediasında iz qoymuş mərhum jurnalistlərin adlarının verilməsi ənənəsi davam etdirilir.
Mükafatlandırma mərasiminin tarixi və xüsusi mükafatlarla bağlı məlumatların isə yaxın günlərdə açıqlanacağı bildirilib.






İlk şərhi yaza bilərsiniz