Press "Enter" to skip to content

Valini ziyarət

Ziyarətdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel, KEYVAN Havacılık şirkətinin rəhbəri Mehmet Keyvan və şirkət nümayəndəsi Filiz Harmanlı ilə birlikdə Iğdır valisi M. Fırat Taşoları ziyarət ediblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, görüş zamanı aviasiya sahəsindəki son yeniliklər, universitet-sənaye əməkdaşlığı və regional inkişaf layihələri müzakirə olunub: “Rektor Ekrem Gürel universitetin elmi fəaliyyətlər və sektor tərəfdaşlıqları ilə bölgəyə töhfə verməyə davam etdiyini bildirib. O, xüsusilə texnologiya və aviasiya sahəsində qurulacaq strateji tərəfdaşlıqların region üçün yeni imkanlar yaradacağını vurğulayıb”.

Görüşdə təhsil, Ar-Ge və texnologiya əsaslı birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.