Press "Enter" to skip to content

Qastronomiya ictimai diplomatiya vasitəsi kimi

Prof. Dr. Mehmet Yüce

Son yeniləmə: 22 May 2026

Prof. Dr. Mehmet Yüce: 2026-cı il üçün müəyyən edilən “Bir süfrədə miras” mövzusu qastronomiyanın mədəni diplomatiya aspektini daha da mənalı edir

BAYRAQDAR MEDİA – “Qastronomiya bu gün dövlətlərin öz mədəni kimliklərini beynəlxalq aləmdə görünən etməsinə imkan yaradan ən təsirli ictimai diplomatiya vasitələrindən birinə çevrilib. Hər il 21-27 may tarixləri arasında qeyd olunan Türk Mətbəxi Həftəsi də Türkiyənin sahib olduğu tarixi, mədəni və sivilizasiya irsini dünya ictimaiyyətinə tanıdan mühüm platformalardan biri kimi ön plana çıxır”.

Bunu BAYRAQDAR MEDİA-ya dəyərləndirməsində Prof. Dr. Mehmet Yüce deyib.

O, qeyd edib ki, hər il keçirilən Türk Mətbəxi Həftəsi yalnız yemək mədəniyyətinin tanıdılmasını hədəfləmir, eyni zamanda Türkiyənin mədəni yaddaşını, ictimai dəyərlərini və sivilizasiya irsini beynəlxalq səviyyədə görünən edən strateji ictimai diplomatiya praktikası xarakteri daşıyır: “Xanım Emine Erdoğanın himayəsi ilə təşkil olunan tədbirlər Türkiyənin yumşaq güc potensialını gücləndirən mühüm təşəbbüslər sırasındadır. 2026-cı il üçün müəyyən edilən “Bir süfrədə miras” mövzusu isə qastronomiyanın mədəni diplomatiya aspektini daha da mənalı edir. Süfrə mədəniyyəti cəmiyyətlər arasında ünsiyyət yaradan, ortaq yaddaş formalaşdıran və mədəni yaxınlaşmanı təmin edən ən qədim sahələrdən biri hesab olunur”.

Professor qeyd edib ki, türk mətbəxi tarix, ənənə, ailə quruluşu, köçlər, coğrafi müxtəliflik və nəsildən-nəslə ötürülən həyat tərzi ilə formalaşmış çoxqatlı bir sivilizasiya yaddaşını təmsil edir: “Bu baxımdan Türk Mətbəxi Həftəsi yalnız qastronomik dəyərlərin təqdim olunduğu bir tədbir deyil, həm də Türkiyənin mədəni kimliyini və birgəyaşayış anlayışını beynəlxalq ictimaiyyətə çatdıran güclü mədəni diplomatiya vasitəsidir. Tədbirlər çərçivəsində təşkil olunan beynəlxalq qastronomiya proqramları, emalatxana çalışmaları və ortaq süfrələr ətrafında keçirilən görüşlər də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir. Türk və xarici aşpazların bir araya gəldiyi proqramlar, ənənəvi bişirmə üsullarının təqdim edildiyi tətbiqlər və tarixi reseptlərin nümayiş olunduğu “Dad Arxivi” layihələri qastronomiyanın universal ünsiyyət dili olduğunu göstərir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türkiyə səfirlikləri, baş konsulluqları və mədəniyyət mərkəzlərində təşkil olunan tədbirlər sayəsində Türkiyənin mədəni diplomatiyası qlobal miqyasda daha görünən hala gəlir. Beləliklə, Türk Mətbəxi Həftəsi Anadolunun qonaqpərvərlik ənənəsini, tarixi yaddaşını və mədəni zənginliyini dünyaya daşıyan mühüm ictimai diplomatiya nümunəsi kimi diqqət çəkir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.