Press "Enter" to skip to content

Bilecikdə “Döngüsənət emalatxanası” layihəsi 

Bilecik Şeyx Edebali Universiteti

BAYRAQDAR MEDİA – Bilecik Şeyx Edebali Universitetində ekoloji maarifləndirmə məqsədilə “Döngüsənət Emalatxanası” adlı layihə təşkil olunub.

Bu barədə univerisitetin məlumatında qeyd edilib.

Bildirilib ki, layihə çərçivəsində universitet tələbələri və məktəblilər bir araya gəliblər.

Tədbirdə “Sıfır tullantı” mövzusunda təlim keçirilib və təkrar emalın əhəmiyyəti izah olunub. Daha sonra tullantı plastik qablar yenidən işlənərək dekorativ dibçəklərə çevrilib. Şagirdlər taxta quş yuvalarını rəngləyərək ekoloji aksiyaya qoşulublar.

Layihənin məqsədinin gənclərdə ətraf mühitə qarşı məsuliyyət hissini artırmaq olduğu bildirilib. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.