Son yeniləmə: 24 May 2026
BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin təşkil etdiyi “May Art 19” beynəlxalq gənclər sərgisi sənətsevərlərin ixtiyarına verilib. Sərgidə yeddi ölkədən 118 gənc rəssamın əsərləri nümayiş olunub. Ekspozisiyada rəsm, rəqəmsal sənət, keramika və eksperimental işlər yer alıb.
Universitetdən verilən məlumata görə, açılış mərasimində universitet rəhbərliyi, akademik heyət və tələbələr iştirak ediblər. Çıxışlarda 19 Mayıs ruhunun gənclərin yaradıcılığı ilə birləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Təşkilatçılar sərginin beynəlxalq mədəni əməkdaşlığa töhfə verdiyini bildiriblər.
Tədbir ziyarətçilərin böyük marağı ilə qarşılanıb.






İlk şərhi yaza bilərsiniz