Press "Enter" to skip to content

Türk dili proqramına Orta Asiyada böyük maraq

Anadolu Universiteti

Son yeniləmə: 24 May 2026

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Türk Dili və Kültürü proqramı Özbəkistan və Qazaxıstanda böyük maraqla qarşılanıb. Universitet nümayəndələri Daşkənd və Astanada keçirilən görüşlərdə proqramın imkanlarını tələbə və müəllimlərə təqdim ediblər.

Bu barədə universitetindən məlumat verilib.

Bildirilib ki, seminarlar zamanı distant təhsil sistemi və rəqəmsal platformalar haqqında geniş məlumat verilib. Tədbirlərdə yüzlərlə tələbə iştirak edib və qəbul prosesi ilə bağlı suallar ünvanlandırıb.
Astanada keçirilən “Yesevidən Yunus Əmrəyə: Türk sənətinin mənəvi yolçuluğu” adlı proqramda da universitet təmsil olunub.

Görüşlərdə türk dünyasında akademik əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Səfərlərin universitetin Orta Asiyadakı nüfuzunun artmasına töhfə verdiyi bildirilib.

Mission News Theme by Compete Themes.