Press "Enter" to skip to content

Eskişehirdə fərqli mədəniyyətləri bir arada

Oral Büyüksarı

Son yeniləmə: 25 May 2026

Çoxsaylı dərnək və vətəndaş cəmiyyəti təşkilatları “Eskişehirin Rəngləri Platforması” adı altında birləşib

BAYRAQDAR MEDİA – Eskişehirdə fəaliyyət göstərən çoxsaylı dərnək və vətəndaş cəmiyyəti təşkilatları “Eskişehirin Rəngləri Platforması” çətiri altında bir araya gəlib. Şəhərdə müxtəlif mədəniyyətləri, bölgələri və ictimai quruluşları təmsil edən platformanın yaradılmasında mədəniyyət, incəsənət, təhsil, idman, yardımlaşma və həmrəylik sahələrində fəaliyyət göstərən bir çox qurum iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Tanıtım Qrupunun koordinatoru Oral Büyüksarı məlumat verib.

Məlumata deyilir: “Platformanın tərkibində Avrupa Yıldızları Spor Okulu Dərnəyi (AYSO), Emirdağ Birlik Beraberlik Platforması, Eskişehir Azərbaycanlılar Dərnəyi, Eskişehir Karaçay Dərnəyi, Eskişehir Qaradənizlilər Mədəniyyət, Həmrəylik və Yardımlaşma Dərnəyi, Eskişehir Krım Dərnəyi, Eskişehir Quzey Qafqaz Mədəniyyət Dərnəyi, Eskişehir Tanıtım Qrupu (ETG), Karakeçililər Federasiyasının Eskişehir nümayəndəliyi, Köprübaşı Ədəbiyyat, Mədəniyyət, İncəsənət, Təhsil və Yardımlaşma Dərnəyi, Odunpazarı İdman, Turizm, Təhsil və Mədəniyyət Dərnəyi (OSTEK), Onbir 11 Bileciklilər Qrupu, Porsuk Akademi Mədəniyyət, İncəsənət və Təhsil Dərnəyi, Sarıcakayalılar Sosial Yardımlaşma və Mədəniyyət Dərnəyi, Seyyit Battal Gazi Təhsil və Mədəniyyət Vəqfi, Turkuaz Karyera Mərkəzi və Turan Dünyası Təhsil və Mədəniyyət Dərnəyinin (TÜRKDEM) yer alıb. Platformanın təqdimat toplantısında çıxış edən Eskişehir Tanıtım Qrupunun koordinatoru Oral Büyüksarı bildirib ki, məqsədləri Eskişehirin malik olduğu mədəni zənginliyi ortaq bir sinerjiyə çevirməkdir. O vurğulayıb ki, Eskişehirin yalnız Türkiyədə deyil, xarici ölkələrdə də daha güclü şəkildə tanıdılması istiqamətində fəaliyyət aparacaqlar”.

Oral Büyüksarı həmçinin bildirib ki, daha əvvəl Eskişehirin Türk Dünyası Mədəniyyət Paytaxtı olması prosesində də müxtəlif layihələr həyata keçiriblər: “Bundan sonra da Eskişehirin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş layihələrin reallaşdırılması hədəflənir”.

O.Büyüksarının sözlərinə görə, toplantıda platforma üzvü İbrahim Yıldırım da çıxış edib. Çıxışında o, platformanın əsas fəaliyyət istiqamətlərinin mədəniyyət, turizm və sosial həmrəylik olacağını bildirib: “Eskişehir yalnız tələbə və turizm şəhəri kimi qiymətləndirilməməli, şəhərin zəngin tarixi və mədəni irsi daha görünən hala gətirilməlidir”.

İbrahim Yıldırım bu istiqamətdə müxtəlif layihələr hazırladıqlarını diqqətə çatdıraraq bildirib ki, platforma 2026-cı il ərzində bir sıra tədbirlərə imza atıb. Onun sözlərinə görə, Londonda türk yürüşünün təşkili, istedad yarışmaları, qısametrajlı film və foto müsabiqələri, eləcə də beynəlxalq mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.

Eskişehirdə müxtəlif ictimai qurumların eyni çətir altında birləşməsi ilə yaradılan platformanın şəhərdə vətəndaş cəmiyyəti fəaliyyətlərinə vahid bir struktur qazandırması və fərqli mədəniyyətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsəd qoyulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.