BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetində (SDÜ) “Qırğızıstan tanıtım günləri” adlı tədbir təşkil olunub. Proqram universitetdə təhsil alan qırğız tələbələrin təşəbbüsü ilə həyata keçirilib.
Tədbirdə Qırğızıstanın tarixi, mədəniyyəti, milli ənənələri və təbiəti barədə məlumat verilib. İştirakçılara milli rəqslər, komuz musiqisi və “Manas” dastanı ilə bağlı çıxışlar təqdim olunub.
Həmçinin ənənəvi geyim nümayişləri və müxtəlif səhnə proqramları böyük maraqla izlənilib.
Çıxış edənlər belə tədbirlərin xalqlar arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirdiyini bildiriblər.
Sonda tədbirdə iştirak edən tələbələrə təşəkkür sertifikatları təqdim olunub.






İlk şərhi yaza bilərsiniz