Press "Enter" to skip to content

Eskişehirin inkişaf göstəriciləri artıb

Eskisehir

Son yeniləmə: 21 İyun 2026

BAYRAQDAR MEDİA – Türkiyədə vilayətlərin sosial-iqtisadi inkişaf səviyyəsini ölçən İL SEGE-2025 araşdırmasının nəticələri açıqlanıb. Araşdırmaya əsasən, Eskişehir 1,295 indeks göstəricisi ilə ölkənin ən inkişaf etmiş 7-ci vilayəti olub.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, şəhər “Birinci Səviyyəli İnkişaf Etmiş Vilayətlər” qrupundakı yerini qoruyub. Təhsil infrastrukturu, ixtisaslı işçi qüvvəsi və universitetlərin fəaliyyəti bu nəticədə mühüm rol oynayıb.

Qeyd edilib ki, inkişaf indeksində ilk beşlik Mərmərə və Egey–Aralıq dənizi bölgələrinin payına düşüb. Son sıralarda isə Doğu və Güney-Doğu Anadolu vilayətləri yer alıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.