Press "Enter" to skip to content

5 ayda motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 5 nəfər ölüb

5 ayda motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 5 nəfər ölüb

BAYRAQDAR MEDİA – Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə qeyd olunur ki, “statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində BDYPİ tərəfindən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir. Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.