Press "Enter" to skip to content

“İvan İliçin ölümü” tamaşasının məşqlərinə başlanılıb

“İvan İliçin ölümü” tamaşasının məşqlərinə başlanılıb

BAYRAQDAR MEDİA – Akademik Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində hazırlanacaq. Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibəti ilə təbrik edib, uğurlar arzulayıb. İ.Əsgərov qeyd edib ki, 14 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan mədəniyyəti 2040” Dövlət konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində teatr sənətinin inkişafı, gənc rejissorların yaradıcılıq potensialının stimullaşdırılması və onların peşəkar fəaliyyətinə dəstək məqsədi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yeni – II ci mərhələsi başlayıb. Yeni tamaşa bu layihənin bir hissəsidir”.

Daha sonra xəbərdə, “tamaşanın quruluşçu rejissoru Nicat Mirzə, səhnələşdirmənin müəllifi Cavid Zeynallı, quruluşçu rəssam Anar Əliyev, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, aktyorlar Ramin ŞıxəliyevElsevər Rəhimov iştirak edirlər. “İvan İliçin ölümü” əsəri baş qəhrəman İvan İliçin son günlərində çəkdiyi əzablı ağrılar və ölümü üzərində qurulub. Əsər sırf maddi mənfəətə köklənmiş həyatın mənasızlığını və mənəvi ağrıların dözülməz həddə çatdığı halı əks etdirir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.