Press "Enter" to skip to content

Keçi qatığına maraq artır

Kollaj

BAYRAQDAR MEDİA – Keçi südündən ənənəvi üsullarla hazırlanan keçi qatığı yüksək qida dəyəri və özünəməxsus dadı ilə yenidən süfrələrin sevimlisinə çevrilib. Mütəxəssislər onun inək südündən hazırlanan qatıqla müqayisədə daha asan həzm olunduğunu bildirirlər.

Bu barədə marasmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, tərkibindəki zülal, kalsium və vitaminlər immun sistemini dəstəkləyir. Probiyotik xüsusiyyətləri bağırsaq sağlamlığının qorunmasına kömək edir. Kahramanmaraş başda olmaqla bir çox kənd bölgəsində ailə təsərrüfatları tərəfindən istehsal olunur. Yerli bazarlarda və orqanik məhsul satış məntəqələrində məhsula yüksək tələbat var.

Məlumatda deyilir ki, keçi qatığı həm sağlam qidalanmaya, həm də kənd iqtisadiyyatına töhfə verir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.