Press "Enter" to skip to content

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olunub

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olunub

BAYRAQDAR MEDİA – Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə deyilir ki, “belə ki, Mingəçevir şəhər sakini İlyas Hüseynov “Ford” markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı İ.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən olunub. Məhkəmənin qərarı ilə İ.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib”.

BDYPİ bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edib və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.