BAYRAQDAR MEDİA – Pakistan Milli Müdafiə Universitetinin (MMU) rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu-26″nın dinləyici və professor-müəllim heyəti Azərbaycana səfər edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşların məzarlarına gül dəstələri qoyub, ehtiram nümayiş etdiriblər. Pakistanlı nümayəndə heyəti ilə görüşən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinə “Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar” mövzusunda brifinq təqdim olunub”.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.






İlk şərhi yaza bilərsiniz