BAYRAQDAR MEDİA – Azərbaycanın qiymətləndirmə bazarında peşəkarlığın artırılması və sahəvi həmrəyliyin gücləndirilməsi istiqamətində növbəti addım atılıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin keçirdiyi son iclasda daxil olan müraciətlərə baxılıb və ölkənin daha iki tanınmış şirkəti cəmiyyətin sıralarına qəbul edilib.
Bu barədə AQC-dən bildirilib.
Qeyd edilib ki, AQC İdarə Heyətinin qərarı ilə “Əmlak Bürosu” MMC və “Proxima Group” MMC cəmiyyətin tamhüquqlu üzvü seçiliblər.
İclasda qeyd olunub ki, hər iki şirkətin rəsmi müraciəti, onların bazardakı fəaliyyəti, peşəkar kadr potensialı və nizamnamə tələblərinə uyğunluğu İdarə Heyəti tərəfindən müsbət qiymətləndirilib.
Məlumat üçün bildirək ki, “Əmlak Bürosu” MMC-nin rəhbəri tanınmış ekspert, AQC Tikinti, Abadlıq və Köçürülmə Komissiyasının sədri Elnur Fərzəliyev, “Proxima Group” MMC-nin rəhbəri isə peşəkar jurnalist, AQC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Orxan Əlidir.






İlk şərhi yaza bilərsiniz