Press "Enter" to skip to content

Salyanda qanunsuz quş kəsimi məntəqəsi – VİDEO

Salyanda qanunsuz quş kəsimi məntəqəsi

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Salyan şəhərində fiziki şəxs Babayev Natiq Səmədağa oğluna məxsus fərdi yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “yoxlama zamanı kəsimxananın birbaşa fərdi yaşayış sahəsində, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin quş kəsimi və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi müəyyən olunub. Belə ki, məntəqədə quşların qəbulu, saxlanılması, eləcə də emal zamanı keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb”.

Ardınca xəbərdə, “eyni zamanda, kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib” deyə bildirilir.

Faktla bağlı müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.