BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Naxçıvan şəhərində regiondan olan vətəndaşları qəbul edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.






İlk şərhi yaza bilərsiniz