BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov arasında hər iki qurumun rəhbər heyətinin iştirakı ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görüş zamanı “Qaz təchizatı haqqında” Qanundan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, müvafiq rəqəmsallaşma layihələri müzakirə olunub. Həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə toxunaraq, qurumlararası əlaqələrin daha da genişləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar”.






İlk şərhi yaza bilərsiniz