Press "Enter" to skip to content

Azərbaycan və Latviyanın səhiyyə nazirləri arasında görüş

Azərbaycan və Latviyanın səhiyyə nazirləri arasında görüş

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Azərbaycanda səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan ilə Latviya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq səhiyyə sektorunda da uğurla davam edir. Nazir bildirib ki, tibbi təhsil, həkimlərin davamlı peşə hazırlığı, elmi-tədqiqat fəaliyyəti və innovativ tibbi yanaşmaların tətbiqi sahələrində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. T.Musayev səhiyyə sisteminin rəqəmsal transformasiyasının Azərbaycanın səhiyyə siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq bu istiqamətdə reallaşan tədbirlər barədə məlumat verib”.

Ardınca xəbərdə, “görüş zamanı qeyd edilib ki, 2025-ci ildə iki ölkənin müvafiq qurumları arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Bu da ikitərəfli əlaqələrin inkişafında mühüm addımdır. H.B.Meri Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. O, bu cür yüksəksəviyyəli görüşlərin səhiyyə sistemlərinin inkişafına, peşəkar bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Sonda tərəflər Azərbaycan və Latviyanın səhiyyə nazirlikləri arasında əməkdaşlığın gələcəkdə də qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq davam etdirilməsi istiqamətində əminliklərini ifadə ediblər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.