BAYRAQDAR MEDİA – Bakıda təşkil olunan “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Ziyarətdə Azərbaycanın və türk respublikalarının mədəniyyət nazirləri, türk dünyasının aparıcı beynəlxalq təşkilatları – Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, Yunus Əmrə İnstitutu və digər qurumların rəhbərləri, həmçinin müxtəlif ölkələrdən tanınmış türkoloq-alimlər və ekspertlər iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz