BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycan Texnologiya Universitetinin (ATU) Elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidovla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüş zamanı H.Hüseynov qonağa MEK-in fəaliyyət istiqamətləri, son illərdə həyata keçirilən yeniliklər, rəqəmsal transformasiya prosesi, beynəlxalq əməkdaşlıq əlaqələri, elektron resurs bazası və oxuculara təqdim olunan müasir xidmətlər barədə ətraflı məlumat verib. Direktor kitabxananın ölkədə elmi informasiya təminatının gücləndirilməsi, elmi irsin qorunması və rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrdən, eləcə də innovativ kitabxana xidmətlərinin inkişafı sahəsində görülən işlərdən danışıb. S.Həmidov sözügedən Universitetin rektoru Yaşar Ömərovun salamlarını və xoş arzularını MEK-in direktoruna çatdıraraq iki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verdiklərini bildirib”.
Ardınca xəbərdə, “daha sonra qonaq MEK ilə tanış olub. Tanışlıq zamanı elektron kitabxana sistemi, rəqəmsal xidmətlər, sənədlərin rəqəmsallaşdırılması prosesi, elektron kataloq, avtomatlaşdırılmış oxucu xidməti, müasir kitabxana-informasiya sistemləri və tətbiq olunan digər texnoloji həllər barədə ətraflı məlumat verilib. S.Həmidov MEK-də yaradılmış müasir infrastrukturun, tətbiq edilən innovativ texnologiyaların və rəqəmsal xidmətlərin elmi fəaliyyətin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Görüşdə ATU ilə MEK arasında əməkdaşlığın genişləndirilməsi, elmi informasiya resurslarından səmərəli istifadə haqqında fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.
MEK adından Universitetin kitabxanasına kitablar hədiyyə edilib.






İlk şərhi yaza bilərsiniz