BAYRAQDAR MEDİA – 2026-cı ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “İriçaplı pulemyot heyətinin hazırlıq kursu”nun 1-ci buraxılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Tədbirdə polkovnik Ceyhun Məmmədov məzunları buraxılış münasibəti ilə MN-in rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Çıxışda Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb”.
Məzunlar isə öz növbələrində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun daha da qüdrətlənməsi üçün üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.






İlk şərhi yaza bilərsiniz