BAYRAQDAR MEDİA – Times Higher Education-un Impact Rankings 2026 reytinqində Fırat Universiteti ümumi sıralamada dünyanın 201–300 universiteti arasında yer alıb.
Universitet “Keyfiyyətli təhsil” istiqaməti üzrə isə dünyada 10-cu olub.
Verilən məlumata görə, universitet səkkiz sahədə dünyanın ilk 100 ali məktəbi sırasına daxil olub və 15 istiqamət üzrə Türkiyənin ilk on universiteti arasında qərarlaşıb.
Rektor Fahrettin Göktaş bildirib ki, bu nəticə universitetin təhsil, elm, davamlı inkişaf və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi sistemli fəaliyyətin göstəricisidir.






İlk şərhi yaza bilərsiniz