Press "Enter" to skip to content

Geyimi başına bəla oldu

Valinin geyimi etiraza səbəb olub

Son yeniləmə: 19 İyul 2026

Ardahanda vəzifədən uzaqlaşdırılan valinin geyimi ilə bağlı mübahisələr yenidən gündəmə gəldi

BAYRAQDAR MEDİA – Türkiyənin Ardahan valisi Mehmet Fatih Çiçekli Prezident Recep Tayyip Erdoğanın imzaladığı və “Rəsmi Qəzet”də dərc olunan sərəncamla vəzifəsindən azad edilib.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumatda deyilir ki, vali Çiçekli bir müddət əvvəl velosiped sürərkən geyindiyi idman taytı səbəbindən sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olmuşdu: “Məsələ Türkiyə Böyük Millət Məclisində də gündəmə gətirilmiş, CHP-nin Qars millət vəkili İnan Akgün Alp onu sərt tənqid edərək daxili işlər nazirini valilərlə bağlı tədbir görməyə çağırmışdı. Qərardan sonra CHP sədrinin müavini Gökan Zeybek də münasibət bildirərək idmanla məşğul olan dövlət məmurunun geyiminə görə tənqid olunmasının və bu səbəbdən vəzifədən uzaqlaşdırılmasının doğru olmadığını deyib. O, bir çox ölkədə velosipeddən istifadənin təşviq edildiyini vurğulayıb”.

Rəsmi açıqlamada vəzifə dəyişikliyinin səbəbi göstərilməyib. Qərar ictimaiyyətdə müxtəlif müzakirələrə səbəb olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.